İlk rübdə 1 milyon ədəddən çox Hyundai satılıb
"Hyundai Motor" SUV (yolsuzluq) avtomobili modellərinə daha çox fokuslanacaq.
Cənubi Koreyanın ən iri avtokonserni "Hyundai Motor" şirkəti 2018-ci ilin birinci rübünə dair biznes nəticələrini açıqlayıb.
"Marja" şirkətin yaydığı press-relizə istinadən xəbər verir ki, ilk rübdə şirkətin cəmi gəlirləri 22.43 trilyon Cənubi Korea vonu (KRW) təşkil edib. "Hyundai Motor" 2017-ci ilin 1-ci rübündə 23.37 trilyon von gəlir əldə etmişdi.
2018-ci ilin birinci rübündə, "Hyundai Motor"un qlobal satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz azalaraq 1 milyon 49 min 389 ədəd təşkil edib. Azalmanın səbəbi Çində satışların zəifləməsidir. Çin istisna olmaqla, digər bazarlarda satışlar ötən ilin analoji dövrü ilə müqayisədə 2.8 faiz artıb.
Şirkətin əməliyyat mənfəəti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 48% azalaraq 731.6 milyard von, xalis mənfəəti isə 45.5% azalaraq 681.3 milyard von təşkil edib. Gəlirliliyin aşağı düşməsi əlverişsiz valyuta məzənnələri ilə bağlı olub.
"Hyundai Motor" bildirib ki, qlobal biznes mühitində qeyri-müəyyənlik hələ də davam edir. Buna baxmayaraq "Hyundai" öz məhsullarının çeşidinin artırılmasına, məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsinə davam edəcək. Eləcə də, strateji modellərin və SUV modellərinin istehsalı və satışının genişləndirilməsinə daha çox diqqət yetiriləcəkdir. Şirkət həmçinin, ekoloji təmiz və sürücüsüz avtomobil texnologiyaları üzrə tədqiqat və inkişaf imkanlarını gücləndirəcəkdir.
Rəsmi olaraq, 100 Cənubi Korea vonu 0.1581 manata bərabərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 46 d. əvvəl
-
2 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
2 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
2 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
3 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
3 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
3 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəsinə ixrac edilib