Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əkininə başlandı, 9 min ton məhsul gözləyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əkininə başlandı, 9 min ton məhsul gözləyirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağdaş rayonunun kəndlərində çəltik əkininə başlanılıb.

 

Reklam_3_11

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, sahələrdə toxum səpini işlərinə iki gün öncə start verilib və indiyədək Cardam, Ovuclu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində 50 hektar sahədə çəltik əkilib. Səpin işlərinin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur.

 

Ötən il Ağdaşın 15 kəndində 2450 hektar sahədə çəltik yetişdirilib və 8245 ton məhsul yığılıb. Biçilən çəltik rayondakı dəyirmanlarda emal olunaraq keyfiyyətli düyü əldə edilib.

 

Cari ildə isə rayonda ötən ildəkindən 100 hektar çox, yəni 2550 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Kəndlilər hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə əmindirlər. Bu il rayondakı çəltik sahələrindən təxminən 9 min ton məhsulun yığılması gözlənilir. Məhsul yığımına sentyabrda başlanılacaq.

 

Qeyd edək ki, çəltik bitkisi kombaynla yığılır və rayonda fəaliyyət göstərən 8 düyü dəyirmanında emal olunaraq bazarlara çıxarılır.

03.05.2018 19:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ