Mikayıl Cabbarovun vəzifə verdiyi yeni Departament rəhbəri kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.
Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib.
Azər Məmmədov bu təyinatadək Xaçmaz Gömrük İdarəsində rəis vəzifəsində çalışıb.
Artıq Xaçmaz Gömrük İdarəsinə də yeni rəis təyinatı gerçəkləşib. Bi vəzifəyə Pərviz Rəhimov gətirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.
Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 14 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
3 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
3 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
3 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
3 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
3 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"