Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Gürcüstan birgə sərhəd məntəqəsi yarada bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Gürcüstan birgə sərhəd məntəqəsi yarada bilər

Azərbaycan və Gürcüstan Çinin "Bir qurşaq - bir yol" təşəbbüsü çərçivəsində ilk birgə sərhəd məntəqəsini yaratmağı planlaşdırır.

 

Reklam_3_11

"apsny.ge" portalı xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze mayın 3-6-da Filippinin paytaxtı Manilada keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 51-ci illik iclasında bildirib.

 

"Gürcüstan Asiya İnkişaf Bankının maneələrsiz ticarətlə bağlı konsepsiyasını tam dəstəkləyir. Məhz bu baxımdan Azərbaycanla birlikdə ilk birgə sərhəd keçid məntəqəsinin inşa edilməsi imkanlarını nəzərdən keçiririk", - M.Baxtadze deyib.

 

O qeyd edib ki, Gürcüstanın Yeni İpək Yolu layihəsində iştirak etməsi üçün maliyyə resurslarının daha çox mobilliyi zəruridir.

 

Qeyd edək ki, Çin 2013-cü ildə infrastrukturun yaradılması və Avrasiya ölkələri arasında əlaqələrin qurulmasına istiqamətlənmiş "Bir qurşaq - bir yol" yeni iqtisadi inkişaf strategiyasını elan edib. 

 

© Report

04.05.2018 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ