Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kritik məlumatlar açıqlandı, Dollar bahalaşmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik məlumatlar açıqlandı, Dollar bahalaşmağa başladı

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Apreldə proqnozdan aşağı qaldı



Aprel ayında ABŞ-da məşğulluq Mart ayına nisbətən artıb, ancaq proqnozdan aşağı qalıb.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Apreldə 164 min artıb, işsizlik 4.1%-dən 3.9%-ə geriləyib. Beləliklə işsizlik 2000-ci ilin Dekabr ayından bəri ən aşağı səviyyəyə enib.


 
Gözlənti məşğulluğun 189 min artacağı, işsizliyin 4%-ə geriləməsi istiqamətində idi. Saatlıq orta maaş aylıq 0.1%, illik 2.6 % artaraq proqnozlardan aşağı qalıb. Proqnozlar aylıq 0.2% və illik 2.7% artım idi.

 

Mart ayı məşğulluq göstəricisi 103 mindən 135 minə, Fevral ayı göstəricisi isə 326 mindən 324 minə dəyişdirilib.  


 
Orta saatlıq maaş "mülayim" artmaqda davam etsə də, ekspertlər, bugünkü göstəricinin Fed-i mərhələli faiz artırmaq yolundan döndərəcəyini gözləmirlər.
 

Fed-in yaxından izlədiyi baza PCE inflyasiya Martda 1.9% artaraq hədəfə yaxınlaşmışdı. Bank Çərşənbə günü faiz nisbətini dəyişməmişdi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Məşğulluğun və maaş artımlarının proqnozlardan aşağı qalmasına baxmayaraq, ucuzlaşacağının gözlənilməsinin əksinə Dolların bahalaşması diqqəti çəkir. Bu dəqiqlərdə (17:15) Avro/Dollar məzənnəsi 1.20 səviyyəsindən də aşağı düşərək 1.1924 səviyyəsinə düşüb. Dollar Avro qarşısında 0,53% dəyər qazanıb. 

04.05.2018 15:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ