Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xaçmaz və Xızı üçün pul ayırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaçmaz və Xızı üçün pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Prezidentin digər sərəncamı ilə, Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon (üç milyon səkkiz yüz min), abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.

04.05.2018 15:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ