Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bir dəfə xaricdə, iki dəfə Azərbaycanda vergiyə cəlb edilir - YÜKSƏK VERGİ YÜKÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir dəfə xaricdə, iki dəfə Azərbaycanda vergiyə cəlb edilir - YÜKSƏK VERGİ YÜKÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın maliyyə institutlarının, rezidentlərinin xaricdə əldə etdiyi dividendlərin mənfəət vergisindən azad olunması təklif olunub.  

 

Bu təkliflə bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “KPMG Azərbayca”ın  ("Klynveld Peat Marwick Goerdeler") Vergi və Hüquq Departamentinin direktoru Müşfiq Əliyev çıxış edib.

 

Onun sözlərinə görə, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi dividend şəklində gəlirlərə vergi tətbiqi sahibkarların vergi yükünü artırır.  

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

“Toxunmaq istədiyim məsələlərdən biri xaricə edilmiş investisiyadan bir çox maliyyə institutlarının dividend şəklində qazandığı gəlirlərin vergiyə cəlb olunması ilə bağlıdır. Bu, ən aktual mövzulardan biridir. Bir çox Azərbaycan rezidentləri xaricə investisiya qoyur və dividend şəklində gəlir qazanırlar. Lakin dividend şəklində qazanılmış bu gəlir bir xarici ölkədə ödəmə mənbəyində vergiyə cəlb olunur. Sonra bu gəlir Azərbaycan müəssisəsinə daxil olur. Bu zaman dididend şəklində gəlir 20%-lə mənfəət vergisinə cəlb olunur. Sonradan yenidən səhmdarlara ötürülən zaman yenə də ödəmə mənbəyindən 10%-lik vergiyə cəlb olunur. Gördüyünüz kimi, bir çox investor rezidentlər üçün bu tələblər maraqsızdır. Çünki, burda vergi yükü çox olur. Bu, Azərbaycan rezidentləri üçün cəlbedici mexanizm deyil. Gələcəkdə bununla bağlı beynlxalq təcrübədən istifadə edilməsini təklif edirəm. Məsələn, bir çox xarici ölkələrdə xaricdən əldə edimiş dividend şəklində gəlir vergisi varsa, bu, müəyyən şərtlər daxilində yerli qanunvericiliyə uyğun olaraq möhlət verilir. Beynəlxalq təcrübədə bu zaman mənfəət vergisindən tam azad olma da var. Və yaxud beynəlxalq təcrübədə səhmdara ötürülən zaman dividenddən vergi tutulmur. Bu təcrübə ölkəmizdə tətbiq olunsa, rezidentlərin xaricə investisiyası daha da təşviq edilə bilər”, deyə M.Əliyev vurğulanıb.   

 

© APA       

08.05.2018 04:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ