Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu həftə birjalarda güclü dalğalanma yarada biləcək 2 mühüm hadisə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə birjalarda güclü dalğalanma yarada biləcək 2 mühüm hadisə

Bu həftə dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola biləcək iqtisadi hadisələr arasında, ABŞ-ın inflyasiya və "BoE"-nin faiz qərarı var.



EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.19$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.19$-ın üzərində qalmaqda davam edərsə, 1.21$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı fundamental göstəriciləri də diqqət mərkəzindədir.

 
GBP

GBP/USD məzənnəsi 1.35$-ın üzərində ticarət edilməkdədir və qiymət sözügedən səviyyənin üzərində qalmaqda davam edərsə, 1.37$-a kimi də bahalaşa bilər. Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilir.

 

TRY

Türkiyə bazarlarında isə dollar 4.29TL-a kimi bahalaşdıqdan sonra 4.24TL-ə kimi ucuzlaşıb və 4.22TL-ni aşağı istiqamətdə qırarsa, 4.16TL-ə kimi də ucuzlaşa bilər. Türkiyə iqtisadiyyatında risklərin artması, lirənin qiymətinə mənfi təsir edən amillər arasındadır.


OIL

Enerji bazarlarında isə Brent nefti bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləyib. Beləliklə, 75.60$-ın üzərində ticarət edilən bir barel üzrə qiymətin, bu səviyyənin üzərində qaldıqca, 78.08$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.

 

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1315$-a (42.2 $/qram) ticarət edilir və burada da qiymət 1326$ (42.5 $/qram) və 1333$-a (42.8 $/qram) kimi də dəyər qazana bilər.

07.05.2018 07:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ