Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İki qida nəhəngi razılaşdı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki qida nəhəngi razılaşdı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nestle, Starbucks məhsullarını qlobal miqyasda ticarətini aparmaq üçün 7.15 milyard dollar dəyərində müqavilə imzalayıb.


 

Nestle və dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan Starbucks arasında 7,15 milyard dollar dəyərində tərəfdaşlıq müqaviləsi imzalanıb.
 

"Marja" xəbər verir ki, İsveçrənin qida nəhəngi Nestle, bu müqavilə ilə Starbucks məhsullarını Starbucks mağazaları xaricində satmaq hüququ qazanıb. Bununla yanaşı, Starbucks nəzdindəki 500 personal da Nestle heyətinə transfer olacaq.
 

Müqaviləyə görə Nestle, illik satışları 2 milyard dollar məbləğində olan ABŞ-ın Starbucks şirkətinə nağd olaraq 7.15 milyard dollar avans ödəyəcək. Nestle, müqavilənin, şirkətin mənfəətinə və böyümə hədəflərinə müsbət bir töhfə verəcəyini  gözləyir.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Starbuck tərəfindən verilən açıqlamada, müqavilə ilə əldə edilən qazancın səhmlərin geri aınmasına istifadə ediləcəyi qeyd olunub. Şirkət, geri alışlar və dividend ödəmələri vasitəsilə 2020-ci maliyyə ilinin sonuna qədər təxminən 20 milyard dollar gəlir təmin etməyi nəzərdə tutur.
 

Starbcuks-ın İcraçı direktoru Kevin Johnson, məsələyə dair bir açıqlama verərək, "Starbucks qəhvələri Nestle-nin dünyaya çıxış imkanları və etibarı ilə milyonlarla evə daxil olacaq",- deyib.
 

Starbucks, 2017-nin son rübündə çay markası Tazo-yu 384 milyon dollara Unilever-ə satmışdı.

07.05.2018 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ