Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Alma üçün yeni şirkət yaradılıb - 650 min manat sərmayə

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Alma üçün yeni şirkət yaradılıb - 650 min manat sərmayə

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) Qusar rayonunda alma bağlarının salınması üzrə layihənin I mərhələsinin reallaşdırılmasına 650 min manat yönəldib. Bu barədə   şirkətdən məlumat verilib.

 

"2016-cı ilin dekabrında CIIC bir sıra sahibkarla Qusar rayonunda alma bağlarının salınmasına dair təsis sənədləri imzalayıb. Bu məqsədlə "Our Orchards" MMC təsis edilib. CIIC layihədə 65% paya malikdir", - deyə məlumatda bildirilir.

 

Layihənin I mərhələsi çərçivəsində CIIC artıq 650 min manat sərmayə qoyub.

 

"Bu ilin yanvar ayında Fransanın "Dalival" şirkəti ilə alma tinglərinin alınması haqqında müqavilə bağlanıb", - deyə məlumatda qeyd olunur.

 

Alma bağları 18 hektar ərazidə salınacaq.

02.02.2017 10:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ