500 milyon dollar kredit Gəncə-Qazax yoluna sərf ediləcək
Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ayırdığı 500 mln. dollar məbləğində krediti Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun genişləndirilməsinə yönəltməyi planlaşdırır.
AYİB 2011-ci il dekabrın 6-da Azərbaycana hər biri 250 mln. Dollar olan 3 tranşla 750 mln. Dolla məbləğində kredit ayırıb. 2011-ci ilin dekabrında Azərbaycan hökuməti və AYİB 250 mln. dollar məbləğində birinci tranşın ayrılmasına dair saziş imzalayıb.
"Hökumət 500 mln.dolla məbləğində ikinci və üçüncü tranşın Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun genişləndirilməsinə yönəldilməsinə qərar verib və bu qərar AYİB tərəfindən dəstəklənib", - deyə hökumətdən bildirilib.
500 mln.dollar məbləğində kredit hesabına qeyd olunan avtomobil yolunun 2 zolaqdan 4 zolağadək genişləndirilməsi planlaşdırılır. Avtomobil yolunun eni 27,5 metr təşkil edəcək. Həmçinin yolun örtüyünün polimer asfalt-beton olması nəzərdə tutulub. Yol geyiminin qalınlığı 65 sm təşkil edəcək.
Layihə çərçivəsində 16 körpü, 20 yol qovşağı, 10 yol ötürücüsü, 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur.*
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
21 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
23 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 23 saat əvvəl