Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

İran: ABŞ peşman olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran: ABŞ peşman olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
İran Prezidenti Həsən Ruhani, ABŞ-ın nüvə müqaviləsindən çıxması vəziyyətində peşman olacağını bildirib.
 

Sebzivar şəhərində xalqa xitab edən Ruhani, nüvə müqaviləsi çərçivəsində balistik raketlərin müzakirə mövzusu edilməyəcəyini, raket və silah istehsal edib saxlamağa davam edəcəklərini ifadə edib.


AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

 Ruhani, "Biz müdafiə silahları ilə bağlı heç kəslə müzakirə etməyəcəyik. Ehtiyacımız qədər raket və silah alb və istehsal edib saxlamağa davam edəcəyik",- deyib.
 

ABŞ-ın İranla bağlı 40 ildir ki, səhv qərarlar verdiyini, nüvə müqaviləsindən çıxmasının tarixi bir səhv olacağını irəli sürən Ruhani,"ABŞ nüvə müqavilədən çıxarsa peşman olacaqdır", -iİfadələrini istifadə edib.
 

Dünya ilə dialoq qurmaq istəklərini xatırladan Ruhani, ABŞ Prezidenti Donald Trampın şənbə günü nüvə müqaviləsindən çıxmaq və ya qalmaq qərarına əsasən planlarının hazır olduğunu qeyd edib.
 

ABŞ Prezidenti Tramp tez-tez İranla bağlanmış nüvə müqaviləsindən çıxmaq  istədiyini dilə gətirir.

 

Trampın, İran ilə 5+1 ölkələri  (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) arasında imzalanmış nüvə sazişi ilə bağlı son qərarını 12 Mayda açıqlaması gözlənilir. Trampın, nüvə müqavilsinə İranın raket fəaliyyətlərini dayandırması və bölgədən hərbi qüvvələrini geri çəkməsilə bağlı maddələrin əlavə olunmasını istədiyi bildirilir.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

İran, kimyəvi, nüvə və bioloji başlıq taşıya bilmək qabiliyyətinə malik balistik raketləri ilə Avropanın bir çox nöqtəsini,  Yaxın Şərq daxil Asiya və Afrikanın böyük hissəsini vura bilir. İranın bu gücü, başda İsrail olmaqla bölgə ölkələri tərəfindən təhdid hesab edilir. İran rəhbərliyi təxminən 30 ildən bu yana Rusiya və Şimali Koreyadan aldığı 300 ilə 3 min kilometr arasında dəyişən Şahab, Siccil, Kadr, Qiyam, Aşura və Hurremşehr kimi balistik raketlərə sahibdir.

07.05.2018 11:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ