Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

MİDA-dan bildiriş alanlar da narahatdır - "TƏSDİQ ET" BÖLMƏSİ ÇALIŞMIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
MİDA-dan bildiriş alanlar da narahatdır - "TƏSDİQ ET" BÖLMƏSİ ÇALIŞMIR

Xəbər verdiyimiz kimi, bu gün güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş əksər vətəndaşlar böyük çətinliklə qarşılaşıblar. Saat 10:00-da mənzillərin satışına start verildikdən 2 dəqiqə sonra “Güzəştli mənzil” sistemi çöküb.


Mənzil almaq hüquq təsdiqlənmiş vətəndaşlardan biri "Marja"ya bildirib ki, 2 dəqiqə ərzində mənzillərin böyük hissəsinin satılması müşahidə edilib. Lakin özü bildiriş ala bilib:

 

"Mən satışa çıxarılmış mənzillərdən birini əldə edə biləcəyimə dair bildiriş aldım. Lakin həmin bildirişin təsdiq edilməsi lazımdır. "Təsdiq et" bölməsi çalışmadığından bildirişi təsdiq etmək və "ASAN İmza"dan SMS almaq mümükün deyil. Qaydalara görə, sabah saat 00:00-dək bildirişi təsdiq etməliyik, əks halda bildiriş qüvvədən düşəcəkdir".


Güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş əksər vətəndaşlar bu gün saat 10:00-dan sonra sistemə daxil ola bilmədiklərini söyləyirlər. Buna baxmayaraq, 1 saat 10 dəqiqə sonra sistemə daxil olmaq mümkün olduqda satışa çıxarılmış 260 mənzilin hamısının satıldığı ilə qarşılaşıblar.

 

1 GÜNƏ KREDİT ALIN!

 

"Güzəştli mənzil" elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib.


Dövlətin külli miqdarda vəsait ayırdığı sistemin 10 minədək müraciətdə yüklənməsi bir sıra suallar yaradır. Mənzil İnşaatı Dövlət Agentliyi biabırçılıq ilə bağlı rəsmi məlumat yaymayıb. Şifahi olaraq vətəndaşlara "çətinliyin sistemin yüklənməsindən yarandığını" bildiriblər.

07.05.2018 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ