Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft Trampın İran qərarı öncəsi - BU GÜN QƏRAR VERİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Trampın İran qərarı öncəsi - BU GÜN QƏRAR VERİLƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestorlar ABŞ Prezidenti Donald Trampın Çərşənbə axşamı günü ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxıb-çıxmayacağına dair qərarını gözləyirlər. Bu ərəfədə neft qiymətləri bir qədər düşüb. 
 

"Marja" xəbər verir ki, neft qiymətləri Bazar ertəsi günü 1.5 faiz qalxmasının ardından təxminən 1 faiz düşüb.

 

Tramp, Twitter vasitəsilə verdiyi açıqlamada, İran ilə bağlı qərarını bu gün Vaşinqtonda yerli saat ilə 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da) açıqlanacağını bildirib. Bu açıqlamanın 12 Mayda edilməsi gözlənilirdi.

 

Avropalı müttəfiqləri Trampın müqavilədə qalmasını istəyərkən, bəzi analitiklər ABŞ-ın müqavilədən çıxacağını gözləyirlər. İran OPEC-in üçüncü ən böyük istehsalçısıdır və müqavilənin pozulması bu ölkəyə yeni sanksiyalar tətbiq edilməsinə səbəb ola bilər. Nəticədə də İranın neft ixracı azalar.


Bu ay neft qiymətləri, Trampın İrana yenidən sanksiya tətbiq edəcəyi və bu ölkənin neft ixracının azalacağı gözləntiləri ilə xeyli bahalaşıb.

 

Digər tərəfdən, Səudiyyə Ərəbistanı, izafi neft təklifinin ortadan qalxmasına və qiymətlərin üç ilin ən yüksək səviyyəsinə çatmasına baxmayaraq, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılması müqaviəsini davam etdirmək istədiyini işarə edib.
 

Analitiklər bildirirlər ki, bu gün neft qiymətlərinin 1 faiz ətrafında düşməsi investorların "mənfəət satışları" ilə bağlıdır. Qərbi Texas neftinin 70 dolları, Brent neftinin 76 dolları keçməsindən sonra nefti ucuz almış investorlar gəlir götürmək üçün satış edərək əməliyyatları bağlayıblar. Hələ də neftin bahalaşacağı gözlənilir, çünki bazar ABŞ-ın İran müqaviləsini birtərəfli dayandıracağı və yeni sanksiya tətbiq etməyə başlayacağını gözləyir.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Qərbi Texas nefti (WTI) Nymex birjasında 69.93 dollara qədər düşdükdən sonra 70.09 dollara qalxıb. Qərbi Texas nefti Bazar ertəsi günü 1.01 dollar yüksələrək 70.73 dollardan bağlanmışdı.
 

Brent nefti Londonda ICE Futures Europe birjasında 1% düşərək bareli 75.43 dollara geriləyib. Brent nefti Bazar ertəsi günü 1.7 faiz  bahalaşaraq 76.17 dollara yüksəlmişdi.

08.05.2018 06:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ