Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xalq Bank maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Xalq Bank maliyyə göstəricilərini açıqladı

 Xalq Bank  2016-cı ili 10 milyon 370 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 133 milyon 165 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 72 milyon 293 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 59 milyon 928 min manatı  aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Qalan 12 milyon 475 min manat mənfəətdən 2 milyon 105 min manat mənfəət vergisi ödənilib və nəticədə bank ili 10 milyon 370 min manat xalis mənfəət ilə başa vurub.

 

Xalq Bank 2015-ci ildə 600 min manata yaxın xalis mənfəət açıqlamışdı. Beləliklə, 2015-ci illə müqayisədə Bankın xalis mənfəəti təxminən 17 dəfə artıb.

 

31 Dekabr 2016-cı il tarixinə Xalq Bank 1 milyard 668 milyon 620 manat cəmi aktivlərə, 1 milyard 430 milyon 982 min manat cəmi öhdəliklərə və 237 milyon 638 min manat cəmi kapitala malik olub.

 

31 Dekabr 2015-ci il tarixində Xalq Bank 1 milyard 580 milyon manat cəmi aktivlərə, 1 milyard 371 milyon manat cəmi öhdəliklərə, 209,2 milyon manat cəmi kapitala malik idi. Beləliklə, ötən il XalqBankın aktivləri  təxminən 6% artıb.

 

2015-ci illə müqayisədə ötən il Bankın kredit portfeli 1 milyard 288 milyon manatdan 1 milyard 238 milyon 867 min manata düşüb.

 

Xalq Bankın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

02.02.2017 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ