Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

İnkişaf edən ölkə pulları Trampın İran qərarı ərəfəsində ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnkişaf edən ölkə pulları Trampın İran qərarı ərəfəsində ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Asiya valyutaları, ABŞ Prezidenti Donald Trampın bu gün İran ilə nüvə razılaşması ilə bağlı verəcəyi qərar ərəfəsində dollar qarşısında ucuzlaşırlar.
 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Sinqapurda "ANZ Asiya"nın araşdırma direktoru Khoon Goh, "Dollarda davam edən möhkəmlənmə, İran qərarı və yaxınlaşan ABŞ-da inflyasiya məlumatları Asiya pul vahidləri üçün mühüm əhəmiyyət daşıyırlar. Neft qiymətlərindəki daha çox yüksəliş İndoneziya rupisi üçün mənfi bir hal olacaqdır. Dollarda möhkəmlənmənin davam etməsilə Dollar/İndoneziya Rupisi məzənnəsinin 14.000 psixoloji səviyyəsini qırması digər Asiya pullarına təzyiq göstərir" deyib.

Reklam_3_11

 

Avstraliya Dolları, pərakəndə satışların proqnozdan aşağı qalması ilə dəyər itirib, Yapon Yeni məhdud yüksəlib.

 

İndoneziya Rupisi, Bazar ertəsi günü ABŞ Dolları/İndoneziya Rupisi məzənnəsinin 14.000 səviyyəsini qırması ilə Asiyadakı azalmalara rəhbərlik edib. İndoneziya Rupisi 2015-ci ilin sonlarından bu yana ən aşağı səviyyəyə enib.


Malayziya Ringgiti, Yanvar ayının ortasından bu yana ən aşağı səviyyəyə enib.


 
Çin Mərkəz Bankı (PBOC) yuan fiksingini ikinci gündə də 0.14 faiz azaldıb.


 
ABŞ Dolları/Hindistan Rupisi məzənnəsin Bazar ertəsi 0.6 faiz qalxmasının ardından bu gün üfüqi qalıb.

 

Xəbər verdiyimiz kimi, Avro, Dollar qarşısında beş ayın ən aşağı səviyyəsinə enib. Avro/dollar məzənnəsi 1.19 səviyyəsindən də aşağı düşərək 1.1885 səviyyəsini görüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

 
1 GÜNƏ KREDİT ALIN!

 

Dollar, mühüm valyutalar qarşısındakı güclü gedişini davam etdirir; ABŞ Dollarının G - 10 pulları qarşısındakı gedişini təqib edən Bloomberg Dollar Spot İndeksi 0.23 faiz artaraq 1161.93 bənd olub. ABŞ valyutasının 6 mühüm valyuta qarşısında dəyərini gösətərən Dollar İndeksi (DXY) isə 0.30 faiz yüksələrək 93.03 bənd səviyyəsinə qalxıb (saat 13:00-a olan məlumatlar).

08.05.2018 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ