SOCAR-ın zavodu Mayda ilk məhsul istehsal edəcək
Mayda Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsi üzrə polipropilen zavodunda ilk məhsul istehsal ediləcək.
Bu barədə “SOCAR Polymer” şirkətinin direktoru Fərid Cəfərov deyib.
O bildirib ki, layihə üzrə EPC podratçısı olan “Tecnimont” şirkəti “SOCAR Polymer” kompleksini SOCAR-a bu il tam təhvil veriləcək: “SOCAR Polymer” müəssisəsinin polipropilen zavodunda isə ilk məhsulun may ayında istehsal olunması nəzərdə tutulur. “Tecnimont”un polipropilen zavodunu iyun ayında SOCAR-a təhvil verməsi gözlənilir. Yüksəksıxlıqlı polietilen qurğusunun isə ikinci rübün sonunda – avqust və ya sentyabr ayında təhvil veriləcək. Kompleksdə istehsal olunan məhsulların 30 faizi daxili bazarın tələbatını ödəyəcək, 70 faizi ixrac ediləcək. İxrac üçün nəzərdə tutulan məhsulun əsas hissəsi Türkiyə bazarına çatdırılacaq. Uzunmüddətli perspektivdə kompleks üzrə ümumilikdə 15 min iş yerinin açıla bilər”
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
20 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl