Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İrandan "Trampın qərarına" reaksiya!

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan "Trampın qərarına" reaksiya!

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın İran ilə bağlanmış nüvə müqaviləsindən çıxdığını açıqlamasından sonra bəyanat verib.


"Müqavilədən çıxmaq üçün hansı sübutlara malik olduqlarını göstərməlidirlər. ABŞ Prezidenti Tramp, müqavilədən nə üçün çıxdığını, əsaslarını bildirməlidir. Bu tək tərəfli bir müqavilə deyil. BMT-də və parlamentlərdə imzalanmış bir müqavilədir. İran tərəfi razılaşmada qeyd edilmiş bütün öhdəliklərinə əməl edib. Amma bu gün görürük ki, beynəlxalq müqaviləyə hansı ölkə hörmət göstərmir. Heç bir tələbi pozmamışıq. ABŞ-ın müqavilədən nə üçün çıxdığını anlamırıq. Trampın qərarı onların müqaviləyə əməl etmək istəmədiklərini göstərir. Həmişə belə olublar. Bizim üçün yeni bir şey olmadı. Xalqımız bunu bir daha gördü. Tramp rəhbərliyinin tək dəstəkləyən İsraildir. Biz bu nöqtdədə gözləyəcəyik və səbirli olacağıq. Müqavilə digər 5 ölkə ilə davam edəcəkdir",- Ruhani deyib. 

Reklam_3_11

 

2015-ci ilin İyul  ayında, P5+1 ölkələri qrupu (Çin, Almaniya, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ), İran ilə nüvə müqaviləsi imzalamışdı.


"HƏR ŞƏRAİTƏ HAZIRIQ"

Ruhani, "Tramp, psixoloji bir müharibəyə başladı. Onun iqtisadi və siyasi nəticələrini heç vaxt bağışlamayacağıq. Xalqımız bu gün daha çox birlik içərisindədir. Müqavilə kağız üzərində qalsa, maraqlarımız  təmin olunmayacaqsa, açıq bir yolumuz olacaq və hər şəraitə hazırıq" dedi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, ölkəsinin 2015-ci ilin İyul ayında İran ilə bəzi iqtisadi sanksiyaların götürülməsi qarşılığında imzalanmış nüvə müqaviləsindən çıxdığını açıqlayıb.

 

"Müqavilə üçün bir şey etməsək, başımıza nə gələcəyini bilirik" deyən Tramp, "İran terrora yardımda liderlik edir və bu ölkənin əlində çox güclü bir silah olacaqdır və hazırda müqavilədən çıxdığımızı açıqlayıram. Ən yüksək səviyyədə sanksiya tətbiq edəcəyik və İrana yardım edən ölkələrə də sanksiya tətbiq ediləcək" - Tramp deyib. 

08.05.2018 20:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ