Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ neft qiymətləri proqnozunu 7 dollar yüksəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiymətləri proqnozunu 7 dollar yüksəltdi

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) "May 2018"  hesabatını açıqlayıb.

 

"Marja" xəbər verir ki, hesabata görə, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 71 dollar, gələn il isə 66 dollar olması gözlənilir.
 

Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiymətinin bu il 66 dollar və gələn il 61 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
 

Beləliklə EIA, hər iki neft növünün 2018-ci il üçün orta hesabla barel qiymətini, aprel ayındakı proqnozlarına nisbətən 7 dollar yuxarı qaldırıb. Hər iki neft növünün 2019-cu il üçün orta hesabla barrel qiyməti də 3 dollar artırılıb.
 

Hesabatda, qiymət proqnozlarının yenilənməi ilə əlaqədar olaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi ölkələrin 2017-ci ilin Yanvar ayından bu yana tətbiq etdiyi neft hasilatının azaldılması müqaviləsi sayəsində bu günə qədər qlobal neft ehtiyatlarından gündəlik 0,5 milyon barrel azalma görüldüyü qeyd edilib.
 

İrana sanksiyaların yenidən tətbiq olunmağa başlanması vəziyyətində ölkənin xam neft istehsalının azalacağına diqqət çəkilən hesabatda, qlobal neft tələbinin də artıma keçərək neft qiymətlərini yuxarı qaldırdığı vurğulanıb.
 

Hesabatda, qlobal neft tələbinin bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon barel (2 faiz) artım göstərdiyi qeyd olunub.


 36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!


 2019- üçün neft hasilatı proqnozu atırıldı


 
EIA, ABŞ-ın 2018-ə dair xam neft istehsalı proqnozunu sabit saxlayıb, 2019-a dair istehsal proqnozunu isə qaldırıb.
 

Hesabata görə, ölkənin bu il üçün xam neft istehsalı proqnozu aprel ayı hesabatı ilə müqayisədə dəyişdirilməyərk gündəlik orta hesabla 10,7 milyon barrel səviyyəsində sabit saxlanıb.
 

Gələn ilə dair xam neft istehsal proqnozu isə gündəlik orta hesabla 400 min barel yuxarı qaldırılaraq 11,9 milyon barel müəyyənləşdirilib.

 

1 GÜNƏ KREDİT ALIN!

08.05.2018 21:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ