Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Lirə, Ərdoğanın iclas keçirəcəyi xəbəri ilə 1% bahalaşdı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lirə, Ərdoğanın iclas keçirəcəyi xəbəri ilə 1% bahalaşdı - YENİLƏNİB

Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün iqtisadi komanda ilə iclas keçirəcəyi barədə xəbərin ardınca Dollar/TL məzənnəsi geriləyib.


 
Dollar/TL məzənnəsi 13:26-da 1%-dən çox minusda 4.2884 səviyyəsində olub. Məzənnə xəbərin ardından 4.27 səviyyəsinə qədər geriləyib.


 
 Avro isə 1.4% ucuzlaşma ilə 5.06 irəyə geriləyib.


XXX

 

1 Dollar 4.3708 lirəyə qalxaraq rekord qırıb. 


 

Dollar/TL məzənnəsi ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxdıqlarını açıqladıqdan sonra yüksəlib.
 

Açıqlamadan əvvəl 4.29 səviyyələrində olan dollar, açıqlamadan sonra mərhələli olaraq bahalaşıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 
Bu bahalaşma nəticəsində məzənnə 4.3708 lirə səviyyəsinə qalxaraq tarixinin ən yüksək səviyyəsinə çatıb (Saat 10:28-də).

 

Türkiyə Prezidentinin Sözçüsü İbrahim Kalın, "ABŞ-ın nüvə müqaviləsindən birtərəfli olaraq çıxması, qeyri-sabitliyə və yeni münaqişələrə səbəb olacaq bir qərardır" ifadələrini istifadə edib.

 

İqtisadiyyat Naziri Nihat Zeybekçi, ABŞ Prezidenti Trampın nüvə qərarına dair, "Amerikanın tək qalma ehtimalının çox yüksək olduğunu" deyib.

 

Zeybekci, "İranlı turistlərin axınına bir təsiri olacağını düşünmürəm. Detalları görmək lazımdır. Mən Amerikanın tək qalma ehtimalının çox yüksək olduğunu görürəm. İran bizim dost ölkəmiz qardaş ölkəmizdir. Eyni məkandayıq. Nəticədə güclü İran, Türkiyənin də güclənməsinə də təsir edir" deyib.

09.05.2018 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ