Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rusiya dollar ilə "savaşa" başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya dollar ilə "savaşa" başlayır

Rusiya Prezidenti Vladimir Putin, Rusiya parlamentinin aşağı palatası Dumada etdiyi çıxışında, Rusiyanın qlobal bazarlardakı mövqeyini gücləndirmək üçün "savaşmaq" məcburiyyətində olduğunu deyib.
 

AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların, Rusiyanın iqtisadi suverenliyini təmin etməsi üçün imkanlar yaratdığına işarə edən Putin, "Dollarda gedən təmərküzləşmə, dünyanın bir çox ölkəsi üçün böhranlı və təhlükəli vəziyyət yaradır. Dollara bağlılığı azaldaraq, Rusiya iqtisadiyyatının suverenliyini qorumaq lazımdır",- deyib.
 

Neft ticarətinin də dollarla aparıldığını xatırladan Putin, "Bu yükdən xilas olmağımız lazımdır" deyib.
 

Dünya Ticarət Təşkilatı qaydalarının da  tez-tez pozulduğunu qeyd edən Rusiya lideri, "Sanksiya adı altında verilən siyasi qərarlar üzərindən özlərinə üstünlük yaratmağa çalışırlar. Alüminium və ümumiyyətlə, metallurgiya sahəsinə dair verilən qərarları başqa necə açıqlayaq?" deyib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

ABŞ Prezidenti Donald Trump, 9 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı. Həmçinin ABŞ Xəzinə Nazirliyi, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan "Rusal"a qarşı sanksiya tətbiq etmişdi.

09.05.2018 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ