Ən yuxarı (mobil)-2_30

“Yapı Kredi Bank Azərbaycan”ın arxasındakı nəhəng proqnozları geridə qoyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank Azərbaycan”ın arxasındakı nəhəng proqnozları geridə qoyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Dolayı yolla Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan"ın səhmdalarından biri olan "UniCredit"in 2018-ci ilin ilk rübdəki xalis mənfəəti ən yüksək analitik proqnozları geridə qoyub.

 
"Marja" xəbər verir ki, "Unicredit"dən verilən açıqlamaya görə, bank, ilin ilk rübündə 1.1 milyard avro xalis mənfəət əldə edib.
 

Proqnozlar, 711 milyon avro ilə 913 milyon avro arasında dəyişirdi.
 

Şirkətin ilk rübdə cəmi gəliri də 5.11 milyard avro ilə 4.99 milyard avroluq proqnozu üstələyib.


Bankın həmin dövrdəki xalis faiz gəliri 2.64 milyard avro olub. Xalis haqq və komissiya gəliri 1.75 milyard avro ilə 1.73 milyard avroluq proqnozu qarşılayıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin 99,8% payla sahibi Türkiyədə fəaliyyət göstərərn “Yapı ve Kredi Bankası A.Ş.”dir. Bu bankın 81,8%-i “Koç Finansal Hizmetleri” adlı şirkətə məxsusdur, 18.2%-i isə birjada açıq alınıb-satılır. “Koç Finansal Hizmetleri” şirkətinin isə 50%-i “Koç Grubu”na, 50%-i də İtaliyanın “UniCredit” qrupuna məxsusdur. Dolayısı ilə, “Yapı Kredi Bank Azərbaycan”ın yarısı “Koç Grubu”na, digər yarısı da “UniCredit” qrupuna aiddir.

 

İtaliyanın “UniCredit” qrupu çox güclü maliyyə qrumudur.

10.05.2018 08:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ