Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bankların ləğv planları hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların  ləğv planları hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bildiyiniz kimi müxtəlif vaxtlarda bir sıra bankarın (“Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC) bank lisenziyaları geri alınmış, həmin banklar barəsində 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi və Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən müflis qərarları qəbul olunmuşdur.

 

Həmin bankların ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

 

Hal-hazırda ləğv prosesində olan bankların müflis elan edilməsi və  iflas proseduru ilə əlaqədar ləğv prosesi davam etdirilir.

 

Əmanətlərin Sığortalanması Fondu  bildirir ki, iflas proseduru çərçivəsində  “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların müfəssəl ləğv planları hazırlanmış və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim olunmuşdur.

 

Məlumat üçün bildiririk ki, müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.

02.02.2017 13:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ