Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qalmaqal Facebook-a çox az təsir göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qalmaqal Facebook-a çox az təsir göstərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Facebook-un səhmləri məlumat sızıntısı skadalı ilə kəskin ucuzlaşmışdı. Artıq səhmlərdəki azalma artımla əvəz olunub.

 
"Marja" xəbər verir ki, Mart ayının ortalarında siyasi reklam məsləhəti şirkəti "Cambridge Analytica" ilə milyonlarla istifadəçinin məlumatlarını istifadəçilərin razılığı olmadan paylaşdığı ortaya çıxmasından bu yana, Facebook tənqid edilir. Şirkət bütün məhsullarını gözdən keçirdi və bir sıra dəyişikliklər etdi.
 

Facebook-un səhmləri ABŞ-da əməliyyatlarda 1.4 faiz yüksəlib və 185.25 dollara qalxıb. Səhmlər qalmaqaldən əvvəlki gün (16 Martda) 185.09 dollardan bağlanmışdı. Facebook səhmləri Aprel ayının sonlarında ilin ən aşağı səviyyəsindən 16 faiz artım qeyd etmişdi.
 

Facebook-un məlumat standartına dair mübahisələr şirkətin maliyyə vəziyyətinə bu ana qədər çox az təsir göstərmiş kimi görünür. Şirkət Aprel ayı sonlarında ilk rüb gəlirlərinin proqnozları aşdığını və istifadəçi sayının artdığını açıqlamışdı.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Avropa informasiya məxfiliyi qanunu üzərində çalışır. Gələcəkdə bu qanunun Facebook-un istifadəçi sayının azalmasına səbəb ola biləcəyi söylənir.

11.05.2018 05:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ