Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neft qiymətlərinin gələn il 100 dollara çatması riski var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft qiymətlərinin gələn il 100 dollara çatması riski var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın investisiya bankı "Bank of America Merrill Lynch", xam neft qiymətlərinin gələn il 100 dollara qalxa biləcəyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, Bankın hesabatında, gələn il qlobal neft bazarında tələb və təklif balansında kəsir olacağı bildirilib.
 

Reklam_3_11

Hesabatda, dünya üzrə ən geniş istifadə edilən Brent növü xam neftin orta hesabla barrel qiymətinin bu il 70 dollar, gələn il isə 75 dollar olacağı proqnozu yer alıb.
 

Hesabatda fikirlərinə yer verilən "Bank of America Merrill Lynch"ın Əmtəə Araşdırmaları Departamentinin direktoru Francisko Blanch, "2019-un ikinci yarısı üçün Brentdə 90 dollar qiymət hədəfi qoyuruq və xam neft qiymətlərinin gələn il 100 dollara çatması riski olduğunu görürük" - ifadələrini istifadə edib.
 

Gələcək 18 ayda qlobal neft tələb- təklif balansında kəsir (təklif tələbi tam ödəməyəcək) gözləndiyinə diqqət çəkilən hesabatda, Venesuelada düşən neft hasilatına və İranın xam neft ixracının azalması ehtimalına işarə edilib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Hesabatda, ABŞ ilə İran arasında 6 ay ərzində yeni bir müqavilə bağlanmaması və ya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya daxil tərəfdaşlarının hasilatın azaldılması müqaviləsinin gələn il də davam etməsi hallarında, qlobal neft bazarında kəsirin yaranmasının mümkün olduğu barədə xəbərdarlıq edilib.
 

ABŞ Prezidenti Donald Trampın ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxdığını açıqlamasından sonra neft qiymətləri yüksəlib.
 

Bu gün, Brent neftin barrel qiyməti 77,97 dollara, Qərbi Texas (WTI) neftinin barrel qiyməti də 71,88 dollara qədər yüksəlib.

11.05.2018 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ