Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aramsız yağışlar ot biznesinə mənfi təsir göstərir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aramsız yağışlar ot biznesinə mənfi təsir göstərir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aran bölgəsində biçilmiş otun bağlanması ləngiyib. Təsərrüfatçılar biçilmiş otu qışa saxlaya bilməyəcəklər.

 

Mexanizator Nurəddin Meydanov deyir ki, biçin aparılmış sahələrdə otun bağlanması işləri son günlər düşən aramsız yağıntı səbəbindən hələ bir neçə gün də ləngiyə bilər. Otun yaş halda bağlanması, aqreqatın çalışmasına da mənfi təsir göstərir.

 

Təsərrüfatçılar deyir ki, birinci üz biçini aparılmış otun hələ də sahələrdən götürülməməsi ikinci üzün biçinini ləngidəcək. Biçilib qalan ot kökü yerdə olan bitkinin yenidən inkişafına mane olur. Təsərrüfatçıların sözlərinə görə, bununla başqa bir çətinlik də ortaya çıxıb. Biçilmiş birinci üz otu qışa saxlamaq mümkün olmyacaq. Qeyd edək ki, havaların dəyişkən keçməsi səbəbiylə əksər yonca sahələrində isə hələ də biçin işləri aparılmayıb. 

 

YAĞIŞIN YARATDIĞI İKİNCİ PROBLEM: İLBİZ


İmişlidə bəzi yonca sahələri ilbizlərin hücumuna məruz qalıb. Bu canlılar bitkini yeməklə təsərrüfatçıların da işini çətinə salıb.

 

İmişlinin Rəsullu kəndindən olan təsərrüfatçılar bildirir ki, payızda bir dəfə səpin aparılsa da yoncadan bitiş alınmayıb.  İkinci səpin də effekt verməyib. Sahəyə yayılan ilbizlər bitkinin kök sistemini sıradan çıxarıb.

 

Hazırda ilbizlərə biçilmiş yonca sahələrində də rast gəlinir. Təsərrüfatçılar deyir ki, bu canlılar biçilərək qurudulan yoncanı da yeyirlər.

 

Mütəxəssislərin sözlərinə görə, ilbizlərin çoxalmasının səbəbi son günlər yağan aramsız yağışlar fonunda rütubətliyin artmasıdır. Nəticədə ilbizlər çoxaldıqca yonca sahələrinə də siraət edirlər. Mütəxəssis bu canlılara qarşı müxtəlif dərmanlardan da istifadə edilməsini vacib hesab edir. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© ARB

11.05.2018 06:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ