Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trump Avstraliyanın Baş nazirinə əsəbləşib telefonu bağladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump Avstraliyanın Baş nazirinə əsəbləşib telefonu bağladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Turnbulla telefon danışığından çox əsəbləşib.

 

Reklam_3_11

Tramp indiyə qədər dövlət rəhbərləri ilə telefon danışıqlarında belə bir vəziyyətə düşmədiyini bildirərək "Bu, indiyə qədərki ən pis telefon danışığımdır" deyib və telefonu baş nazirin üzünə bağlayıb. 

 

Avstraliyada saxlanan qaçqınların ABŞ-a yerləşdirilməsi ilə bağlı Obama adminstrasiya ilə bu ölkə arasında əldə edilən razılaşmanın müzakirə olunduğu telefon danışığı çox gərgin keçib. 25 dəqiqə davam edən görüşdə Tramp dəfələrlə əsəbləşib. Əslində görüş plana uyğun olaraq 1 saat davam etməli olduğu halda Tramp dözməyərək danışığı kəsib və telefonu baş nazirin “üzünə çırpıb”. İndiyə qədər 4 lider ilə danışdığını deyən Tramp bu söhbətlərdən ən pisinin məhz Avstraliya baş naziri ilə etdiyini vurğulayıb. 

 

Avstraliya baş naziri isə mətbuata açıqlamasında görüşün səmimi keçdiyini bildirsə də, razılaşmanın müzakirəsində əldə edilən nəticə barədə sualdan yayınıb.

02.02.2017 14:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ