Ən yuxarı statik reklam-3_3

“Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 5 dəfə böyükdür”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 5 dəfə böyükdür”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda Azərbaycan böyük iqtisadi və maliyyə resurslarına malikdir.

 

Reklam_3_11

Bunu prezident İlham Əliyev deyib.

 

“Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”, - İ.Əliyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan energetika, nəqliyyat sahələrində tarixi layihələr icra edib və onların icrası davam edir.“Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir”, - dövlət başçısı qeyd edib.

 

İ.Əliyev əlavə edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaq”, - o bəyan edib.

 

Prezident bildirib ki, iqtisadi nailiyyətlər güclü ordu qurmağa imkan yaradıb. “Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq”, - İ.Əliyev vurğulayıb.

11.05.2018 07:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ