“Cybernet” ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalandı

 

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Memorandum çərçivəsində “Cybernet” şirkəti ilə UZİNFOKOM İT-konsaltinq sahəsində,  informasiya sistemlərinin təkmilləşdirilməsi, effektiv fəaliyyətinin təmin olunması məqsədilə müvafiq proqram təminatı məhsullarının hazırlanmasında yaxından əməkdaşlıq edəcəklər. ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması sahələrində işbirliyi də memorandumun məqsədlərinə daxildir.

 

Əlavə olaraq, 2018-ci il fevral ayında “Cybernet” şirkəti UZİNFOKOM təşkilatının dəvəti ilə Daşkənddə İKT sahəsində ən böyük və əhəmiyyətli tədbirlərindən olan UZİNFOKOM - 2018 beynəlxalq konfransında iştirak edib. Konfransda regional və qlobal təchizatçılar, sistem inteqratorları, beynəlxalq konsaltinq şirkətləri iştirak edib. Konfrans iştirakçıları Özbəkistanda İT sahəsində baş verən dəyişikliklər, yeni normativ-hüquqi aktların mahiyyəti, hökumət layihələrində İKT ilə işləmə sxemi ilə tanışlıq imkanı əldə ediblər.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

UZİNFOKOM Özbəkistan Respublikası Prezidentinin 29 iyul 2002-ci il tarxili Fərmanına əsasən Kompüter və İnformasiya Texnologiyalarının İnkişafı və İcrası Mərkəzi kimi yaradılıb. 2017-ci ildə UZİNFOKOM dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratora çevrilib. UZİNFOKOM dövlət məlumat mərkəzlərinin hökumət sektorunda İT siyasətinin formalaşdırılması, Dövlət Məlumat Mərkəzinə, "Təhlükəsiz şəhər", "Ağıllı şəhər", elektron hökumət sistemləri və mənzil-kommunal xidmətləri üzrə vahid hesablaşma layihələrinə xidmət göstərilməsi üzrə əsas müvəkkil qurumdur.

11 May 2018 , 09:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin