Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

NIKOIL | Bank Gənclər gününü qeyd etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
NIKOIL | Bank Gənclər gününü qeyd etdi

Fevralın 2-də Nikoil Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş Ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bankın konfrans zalında Bankın nümayəndələri ilə paytaxtın aparıcı universitetlərinin tələbələri ilə görüş keçirilmişdir.

 

Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış etmişdir. Tədbirin sonunda Bəhram Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birini hədiyyə etmişdir.

 

“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”, Bəhram bildirdi və görüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərində parlaq qələbələr arzuladı.

 

Xatırladaq ki, hələ 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin 1-ci Forumunun keçiriləcəyi gün - 2 fevral "Azərbaycan Gəncləri Günü" kimi elan edilmişdir.

 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

02.02.2017 14:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ