Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bu binanın sökülməsi və yerinə yeni göydələnin tikintisi planlarının qarşısını aldım"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu binanın sökülməsi və yerinə yeni göydələnin tikintisi planlarının qarşısını aldım"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Mən həqiqətən də çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılıb".

Reklam_3_11

 

Bunu mayın 11-də Bakıda “Dinamo” otelinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı vurğulayıb ki, bu binanın böyük tarixi var: "Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm. Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq.

 

Əlbəttə, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır. Lakin, eyni zamanda, tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Əlbəttə, “Dinamo” otelinin açılışı əlamətdar hadisədir. Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər.

 

Şəhər sürətlə inkişaf edir. Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq.

 

Sizə uğurlar arzulayıram. Şadam ki, “Dinamo” adı və keçmişin rəmzləri qalıb. Bu, bir daha onu nümayiş etdirir ki, biz tariximizin bütün dövrlərinə hörmətlə yanaşırıq. Bu, bizi daha güclü edir və bu, həqiqətdir.

 

Bir daha sizi təbrik edirəm. Azərbaycanı regionumuzun ən cəlbedici turizm məkanlarından birinə çevirməyə kömək etmək işinizdə burada sizə çox məhsuldar fəaliyyət arzu edirəm. Çox sağ olun".

11.05.2018 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ