Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Balakən 2017-ci il üçün gənclər paytaxtı seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Balakən 2017-ci il üçün gənclər paytaxtı seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gənclər və İdman Nazirliyi tərəfindən internet vasitəsilə keçirilən səsvermə nəticəsində Balakən rayonu “Gənclər Paytaxtı-2017” adına layiq görülüb.

 

Reklam_3_11

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 2017-ci il yanvarın 25-dən start götürmüş müsabiqə yanvarın 31-də sona çatıb. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirib, 37,4 faiz səs toplayaraq “Gənclər Paytaxtı-2017” adını qazanıb.

 

Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib.

 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər paytaxtı” elan edilir.

 

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə beş il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilib. Bu müddətdə Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) “Gənclər Paytaxtı” adına layiq görülüblər.

 

“Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir.

02.02.2017 15:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ