Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazir "Aqrolizinq"in qarşısında bir sıra vəzifələr qoyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir "Aqrolizinq"in qarşısında bir sıra vəzifələr qoyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bugün Kənd Təsərrufatı Naziriyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.

 

“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdır. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır.  Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.

 

Toplantıda nazir taxil biçini kampaniası başlamazdan əvvəl “Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütamadi olaraq maarifləndirici verlişlər hazırlanmalı və maliyyə nizam- intizamına, səffaflıqa və dövlət vəsaitinə ciddi nəzarət olunmasını toplantı iştrakçılarının nəzərinə çatdırıb.

 

Sonda nazir İnam Kərimov “Arqolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.

11.05.2018 15:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ