Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Küçə südü ilə mübarizə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Küçə südü ilə mübarizə başlayacaq

Azərbaycanda fermerlərdən çiy südün alış qiymətinin aşağı olmasının səbəblərindən biri də əhalinin küçədə ucuz satılan süd və süd məhsullarına üstünlük verməsidir. "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyi (ASEB) əhalinin vərdişlərini dəyişdirməyi hədəfləyir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Azərbaycanda küçədə açıq satılan süd və süd məhsulları ilə mübarizəyə başlanacaq.

 

Birliyin sədri Samir Eyyubov bildirib ki, sənayeləşmiş südün istehlakının atırılması üçün tədbirlər həyata keçirilməsi planlaşdıırlır:

 

“Yol kənarlarında, balaca marketlərdə, meyvə-tərəvəz dükanlarında adsız süd və süd məhsulları satılır. Heç bir nəzarətə daxil deyillər. Etiraf etməliyik ki, bu məhsulların qiymətləri qablaşdırılmış sənaye südündən və süd məhsullarından ən azı 2 dəfə aşağıdır. Südün litiri 80 qəpik- 1 manat civarında təklif olunur.  Bu məhsulların tərkibi də şübhəlidir. Biz Qida Təhlükəsizliyi Agentliyi ilə danışıb küçə südünə qarşı mübarizə aparacağıq”.

 

Samir Eyyubov qeyd edib ki, ən böyük iş istehakçılar ilə aparılmalıdır.  

 

Əhali arasında fema və pasterizə süd anlayışlarını təbliğ edəcəyik. Açıq südə inamın yüksək olması həm süd istehsalçıları, həm də emalçılar üçün ciddi problemdir. Açıq südə etibar var. Əhali bu südü qaynadıb içdikdə heç bir problem görmür. Bu da ciddi problemdir.

 

Digər tərəfdən qablaşdırılmış südün də qiyməti çox yüksəkdir. Biz başa düşürük ki, qablaşdırılmış südün satış qiyməti artıb. Bir il əvvəl 1,10-1,20 manata satılan qablaşdırılmış süd bu gün 1,70-2.00 manatadək qalxıb. Bunun da bir sıra səbəbləri var. Biz dövlət qrumları ilə, son məhsulun satış qiymətinin aşağı salınmasını müzakirə edirik”.

 

Samir Eyyubov, “Ferma südü yetərincə təbliğ olunmur. Əhali tam maarifsizdir” deyərək sözlərinə belə davam edib.

 

“Bu gördüyümüz ən ciddi problemlərdən biridir. Biz təklif edirik ferma südü anlayışı və loqotipi formalaşdıraq, əhali arasında fasiləsiz təbliğ edək. Əhali ferma südünün üstünlüyünü başa düşdükdən sonra küçə südündən imtina edəcəkdir və öz maliyyəsini ferma südünün alışna yönəldəcəkdir”.

 

Samir Eyyubov vurğuladı ki, emalçılar ferma südü loqotipindən istifadə etmək üçün müəyyən olunacaq tələblərə cavab verməli olacaqlar.

 

Samir Eyyubov əlavə ki, əhali arasında formalaşmış yanlış fikirlər aşağıdakılardır:

 

- sterilizə edilmiş süddə heç bir qida dəyəri yoxdur,

-qutuda olan südlər uzun müddət xarab olmur, çünki tərkibində qatqı maddəsi var,

-küçədə satılan südlər orqanikdir,

-Belarus, Türkiyə, Rusiya və Ukrayna südləri daha keyfiyyətlidir. Qabda süd alıramsa xarici süd alım,

-Marketdən alınan süd qaynadılmalıdır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ii, bu gün "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin(ASEB) təşkilatçılığı ilə  fermerlərin və süd emalçılarının birgə konfransı keçirilib.

11.05.2018 15:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ