Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Taxıl məhsullarının keyfiyyətinə nəzarəti bir orqan həyata keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taxıl məhsullarının keyfiyyətinə nəzarəti bir orqan həyata keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il iyulun 1-dən Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını yalnız Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.

 

Hazırda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyasını İqtisadiyyat Nazirliyi, taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını isə Səhiyyə Nazirliyi həyata keçirir.

 

Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı səlahiyyətləri olacaq:

 

- taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

- taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

-müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

- taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;

- taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;

11.05.2018 17:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ