Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rokfellerin kolleksiyası rekord qiymətə satıldı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rokfellerin kolleksiyası rekord qiymətə satıldı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-lı milyarder iş adamı David Rockefeller və xanımı Peggy Rokfellerin rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət sənət kolleksiyası hərracda satılıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, satışından 832 milyon dollar gəlir əldə olunub.
 

AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

Nyu-Yorkdakı "Christies" auksion evi tərəfindən keçirilmiş açıq hərracda, 1500 ədəddən çox əşya 832 milyon dollara satılıb. Kolleksiya, bu günə qədər ən yüksək qiymətlə satılan şəxsi sənət kolleksiyası olub.
 

Kolleksiyada 19-cu və 20-ci əsrlərin rəsm sənətinin şah əsərləri yer alıb. Hərracda 115 milyon dollara alıcı tapan Pablo Picassonun 1905-ci il tarixli "Çiçək Səbətli Gənc Qız" tablosu kolleksiyadakı ən yüksək qiymətlə satılan əsər olub.
 

Fransız rəssam Claude Monet-in "Çiçək Açan Nilufər" tablosu 84,6 milyon dollara alıcı tapıb. Sənətkara aid ən yüksək qiymətli tablo 81 milyon dollara satılmışdı.
 

Hərracda ümumilikdə 7 sənətkarın əsərləri üçün ən yüksək məbləğli satışlar həyata keçirilib.

 

Hərraca çıxaran kolleksiyanın heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət olan hissəsində Napoleon Bonapart üçün hazırlanmış, 19-cu əsrdən qalma 256 ədədlik keramika desert boşqabları 1,8 milyon dollara satılıb.


1 GÜNƏ KREDİT ALIN!

 

Alıcıların adının açıqlanmadığı hərracının satış gəlirləri Rokfeller ailəsinin dəstəklədiyi xeyriyyə qurumları arasında bölüşdürüləcək.
 

Daha əvvəl ən yüksək qiymətlə satılan xüsusi sənət kolleksiyası, 2009-da Parisdə cəmi 484 milyon dollara satılan Fransız dərzi Yves Saint Laurent-ə aid idi.

13.05.2018 16:44

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ