Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tramp-ın islahatı 5 min Alman şirkətini vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp-ın islahatı 5 min Alman şirkətini vurdu

1 Maydan etibarən ABŞ-a idxal edilən polada 25 faiz, alüminiuma da 10 faiz əlavə gömrük vergisi tətbiq edilməsi 5 min Almaniya şirkətinə təsir göstərəcək. Bu şirkətlərin illik dövriyyəsinin 532 milyard avro olduğu və çoxunun vergilərdən mənfi təsirlənməmək üçün istehsalını ABŞ-a köçürəcəyi gözlənilir. Almaniya bundan narahatdır.


 

 
"Marja" xəbər verir ki, Almaniyanın Maliyyə Nazirliyi, ABŞ Prezidenti Donld Trampun, Avropa Birliyi və bir çox ölkəni əhatə edən polad və alüminiuma tətbiq etdiyi yeni vergilərin 5 min Alman şirkətinə təsir edəcəyini açıqlayıb. Vergilərdən təsirlənən Amerika ilə əlaqəli Alman şirkətlərinin böyük əksəriyyətinin müəssisələrini yüksək vergi ödəməmək üçün ABŞ-a köçürməkdə qərarlı olduğu bildirilib.


 
İXRACIN 42%-İ AVTOMOBİLDİR


 
Digər tərəfdən ABŞ, vergi islahatı çərçivəsində birbaşa investisiyaları artırmaq üçün mənfəət vergisini  35%-dən 21%-ə salaraq yeni investorlara imkanlar təqdim etməyə hazırlaşır. Federal Maliyyə Nazirliyinin mütəxəssisləri, ABŞ-ın vergi islahatı nəticədində Alman şirkətlərinin ABŞ-a köçəcəyindən, bunun qarşılığında ABŞ şirkətlərinin isə ABŞ xaricində investisiya etməyəcəyindən narahatdırlar. ABŞ-a gedəcəyi düşünülən şirkətlərin illik ümumi dövriyyələrinin 532 milyard Avro olduğu bildirilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Ən çox ABŞ-a avtomobil sektorundakı şirkətlərin gedəcəyi gözlənilir. Almaniyanın ABŞ-a illik ixracının 42%-ni avtomobil və yan sənaye məhsulları təşkil edir

 

Almaniyada hər dörd işləyəndən biri, Almaniya sənayesində isə hər iki çalışandan biri ixracata bağlı olaraq çalışır.

14.05.2018 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ