Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xaçmazda daha çox sahədə pomidor əkiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaçmazda daha çox sahədə pomidor əkiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Suvarmada çətinliyimiz yaranmasa məhsulumuz bol olacaq"


 

Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda pomidor əkini yekunlaşmaq üzrədir.

 

Mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri hazırda açıq sahələrə köçürülür. Fermerlər mayın ilk günlərindən başlayan əkini bir həftə ərzində başa çatdırmaq niyyətindədirlər.

 

Xaçmazda hər il 2 min 100 hektara yaxın sahədə pomidor becərilir. Bu il isə əkin sahələri daha 10 faiz artırılıb.

 

Təsərrüfatçı Vəli Məmmədov bildirib ki, bu il bir hektar sahədə pomidor əkib. “Biz pomidor şitillərini özümüz həyətimizdə yetişdiririk. Qırx gündən sonra şitilləri sahəyə köçürürük. Suvarmada çətinliyimiz yaranmasa məhsulumuz bol olacaq. Gübrələri bizə güzəştlə verirlər. Çətinliyimiz yoxdur”, - deyə fermer qeyd edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Vüqar Məmmədov da uzun illərdir ki, təsərrüfatında pomidor əkib-becərir. Fermer deyib ki, Xaçmazın iqlimi və torpağı pomidor yetişdirilməsi üçün olduqca əlverişlidir: “Biz hazırda sahələrdə pomidorun “Sultan”, “Titan” kimi sortlarını əkirik. Bu sortlar həm xəstəliklərə dözümlüdür, həm də görünüşü və dadı yaxşıdır. Alıcısı da çox olur. Pomidor yığımına iyul ayının birinci ongünlüyündə başlanacaq və iki ay davam edəcək”.

 

Xaçmazın pomidor sahələrindən hər il 60 min tondan çox məhsul toplanılır. Burada yetişdirilən məhsul yerli bazarlarda satılmaqla yanaşı, qonşu Rusiyaya da göndərilir.

14.05.2018 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ