Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2016-ci ildə Azərbaycana nə qədər turist gəlib?

iç səhifə xəbər başlığı altı (mobil)_31
2016-ci ildə Azərbaycana nə qədər turist gəlib?

2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783  nəfər olmuşdur, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33 faiz, 22.5 faiz, 13,9 faiz və 10.9 faiz müəyyən edilmişdir.  

 

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

03.02.2017 03:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ