Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Fed-in faiz artırması gözlənilməz bir zərbə vuracaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed-in faiz artırması gözlənilməz bir zərbə vuracaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın aparıcı investisiya mütəxəssislərindən Piter Boockvar, Fed-in bu il daha iki dəfə faiz artırmasının  bazarlara gözlənilməz bir zərbə vuracağını deyib.



 
ABŞ-ın investisiya məsləhəti şirkəti "Bleakley Advisory Group"un mütəxəssislərindən Piter Boockvar, ABŞ Mərkəzi Bankı Fed-in yeni faiz artımlarının bazarlara gözlənilməz bir zərbə vuracağını deyib.
 

"Marja" xəbər verir ki, CNBC-də  "Futures Now" proqramında danışan Boockvar, "Fed şəffaf davranaraq artırılacaq faizlərin mənfi təsirini azaltmağa çalışır və bizi bu barədə inandırmaq istəyir" deyib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Daha sərt pul siyasətlərinin bazarlarda Fed-in proqnozlarının xaricində bir təsir yaradacağını qeyd edən Boockvar, "Bizə nə deyirlərsə desinlər, nə etsələr etsinlər, likvidlikdəki zəiflik davam edir. Sizə əvvəlcədən üzünüzə bir yumruq vuracağımı desəm, yumruğun ağrısı dəyişməz" deyib.
 

Fed-in bu il daha 2 dəfə faiz artıracağına diqqət çəkən Boockvar, "Kreditə asılı bir iqtisadiyyatda faizin artırılması məni narahat edir, çünki Fed mühəndislərinin yumşaq bir eniş etməsi nadir görülən bir vəziyyətdir və bu dəfə bunu bacaracaqlarına inanmıram" ifadələrini istifadə edib. Boockvar, Fed-in son 13 faiz artırması proseslərinin 10-unun durğunluqla nəticələndiyini xatırladıb.
 

Boockvar, Fed-in faiz artırmasına balansdakı azalmanın müşayiət etməsinin də böyük bir risk olduğunu bildirib.

14.05.2018 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ