Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yerli istehsal mebel satın alınacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli istehsal mebel satın alınacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət İmtahan Mərkəzi yerli istehsal olan mebel və inventarların satınalınması üçün kotirovka sorğusu elan edib.

 

Kotirovka sorğusunda iştirak etmək istəyənlər 7 fevral 2017- ci il saat 17.00- dək tələb olunan malların siyahısını Bakı, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər (əlaqələndirici şəxs- Pərviz Rəcəbov, telefon 012 502 47 58, daxili 139)

 

 İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərflərdə təqdim etsinlər.

 

 Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

 - kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 - iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

 

İddiaçılar sorğuda iştirak etmək üçün sənədləri 13 fevral 2017- ci il saat 17.00- dək Bakı, M.Müşfiq küçəsi, 1M nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Əlavə edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ofis mebellərinin satınalınması üçün açıq tender elan edib. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 9 mart 2017-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 mart 2017-ci il 16.00-a qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocaəsən yolu 57 nömrəli ünvana təqdim etməlidirlər.

03.02.2017 03:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ