Bakıya növbəti yeni qatar gətirilib

“Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” arasında imzalanmış müqavilə çərçivəsində Bakıya növbəti yeni qatar gətirilib.

 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib. Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, - deyə N. Paşayev vurğulayıb.


Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.

 

© APA

14 May 2018 , 10:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin