Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.  Bu barədə Dövlət Statistika Komitəsinin yadığı məlumatda deyilir.

 

Reklam_3_11

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır. 

 

Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 21,9 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 10,8 faiz azalmışdır.

 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6 faiz, tikinti materiallarının istehsalı 37,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2 faiz, geyim istehsalı 12,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1 faiz artmış, içkilərin istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, maşın və avadanlıqların istehsalı 5,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz, əczaçılıq məhsullarının istehsalı 22,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır.  

14.05.2018 09:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ