10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluğa göndərilib

Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində ötən il 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib. 

 

Bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" adlı tədbirdə çıxış edəb Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.

 

Bundan başqa, onun sözlərinə görə, adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nın istintaq idarəsinə verilib: "Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol vermiş 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən azad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq və şiddətli töhmət, 114 nəfərə töhmət, 30 nəfərə isə xəbərdarlıq edilib".

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

14 May 2018 , 12:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin