Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gömrükdə sürücülərin əzab çəkməsi barədə açıqlama !

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdə sürücülərin əzab çəkməsi barədə açıqlama !
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azərbaycan Gürcüstandan fərqli olaraq sərhəd keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verir". 

 

Bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" tədbirində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

 

O, bu barədə Azərbaycanın sərhəd keçid məntəqərində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirərkən danışıb: "Öncə fikir vermək lazımdır ki, ölkələr hansı siyasəti həyata keçirir. Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirir. Biz isə təhlükəsizliyə üstünlük veririk. Bəzən bizə deyirlər ki, niyə Gürcüstan sərhəddindən 1 dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur - biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır".

 

İ.Babayev həmçinin qeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatı ləğv etmək üçün 4 nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir:

 

"Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1 356 minə qalxıb. Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur".

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

14.05.2018 10:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ