Ən yuxarı statik reklam-3_3

Qlobal bazarlar daha bir kritik məlumata fokuslandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlar daha bir kritik məlumata fokuslandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

RAHAT MEBEL KREDİTİ!

Reklam_3_11

 

ABŞ-ın yeri prezidenti Donald Trump-ın güclü dollara qarşı bəyanatları ilə ucuzlaşan Dolların istiqamətinə daha bir kritik məlumat təsir edə bilər.

 

"Marja" xəbər verir ki, bu gün ABŞ-da Fed-in böyük önəm verdiyi məlumatlar  - kənd təsərrüfatı xaric məşğulluq və işsizlik göstəriciləri açıqlanacaqdır.

 

İqtisadçılara görə bu göstəricilərin yuxarı istiqamətli sürpriz etməsi halında Dollar mühüm valyutalara qarşı möhkəmlənə bilər.

 

Yanvarda ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun 175 min artması, işsizlik nisbətinin dəyişməyərək 4.7%-də qalacağı gözlənilir.

 

 Dekabrda ABŞ-da məşğulluq 156 min artmış, işsizlik 4,7% təşkil etmişdi.

 

Məşğulluq və işsizlik göstəricisi ABŞ Mərkəzi Bankı Fed-in faiz artırımı prosesində baxdığı ən mühüm məlumatlardır.

 

Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan (175 mindən) aşağı çıxarsa Dollar ucuzlaşa, yuxarı çıxarsa bahalaşa bilər. 

 

Məlumat Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.

 

Kənd təsərrüfatı xaric məşğulluq - kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

03.02.2017 04:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ