Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC-in neft hasilatı Apreldə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı Apreldə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, Aprel ayında əvvəlki ayla müqayisədə 12 min barrel artaraq 31 milyon 930 min barelə yüksəlib.
 

"Marja" xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, Apreldə qlobal neft hasilatı əvvəlki ay ilə müqayisdə gündəlik 120 min barrel artaraq 97 milyon 890 min barel olub.
 

Apreldə OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 110 min barrel artıb və 65 milyon 960 min barelə çatıb.
 

OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki aya nisbətən gündəlik 12 min barrel artaraq 31 milyon 930 min barrelə çıxıb. OPEC-in Apreldə qlobal neft hasilatı içərisindəki payı dəyişməyərək 32,6 faiz olaraq qalıb.
 

Keçən ay OPEC-də xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanı, Əlcəzair və İranda artarkən, Venesuela, Qabon və Nigeriyada düşüb.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı Apreldə əvvəlki ay ilə müqayisədə 46 min 500 barel, Əlcəzairdə 17 min 700 barrel və İranda 10 min barel artım göstərib.
 

İqtisadi və siyasi sahədə çətin bir dövrdən keçən Venesuelada isə gündəlik hasilat 41 min 700 barel düşərək 1 milyon 436 min barrelə enib.
 

Apreldə gündəlik hasilat Qabonda 9 min 300 barrel, Nigeriyada isə 8 min 300 barrel azalıb.
 

QLOBAL TƏLABAT ARTMAĞA DAVAM EDƏCƏK
 

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi keçən ilə görə 1 milyon 650 min barel artımla gündəlik 98 milyon 850 min barelə çatacaq. 
 

14.05.2018 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ