Yeni və köhnə tikili mənzillər arasındakı qiymət fərqi ildən ilə azalır

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən paytaxt ərazisində 2013-cü ildən 2016-cı ilin sonuna kimi təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı olan qiymət fərqi 3% təşkil edib.

 

Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – “stalinka”, “xruşovka”, “brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardı.

 

Ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı olan qiymət fərqi 15-20% təşkil edirdi. Hal-hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilə kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin  yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman – tələbatın qlobal dəyişməsinə səbəb ola bilər – yəni ki, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, lakin köhnə tikili mənzillərə isə tələbat tədricən azalır.

3 Fevral 2017 , 07:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin