İşsizlikdən sığortanı ödəməməyin cəzası qüvvəyə minir

Azərbaycan prezidenti İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib.

 

Dövlət başçısı müvafiq sərəncam imzalayıb.

 

Dəyişikliyə əsasən, 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”. Maddənin birinci bəndinə də “vergiləri” sözündən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilir:  Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, maddədə qeyd edilən bəndin məsuliyyəti belədir:

 

Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma: “Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

14 May 2018 , 19:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin