Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Azərbaycanda Özbəkistan Ticarət evinin açılması məsələsinə baxılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycanda Özbəkistan Ticarət evinin açılması məsələsinə baxılır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özbəkistanda Azərbaycan sərmayəsi ilə 73 birgə müəssisə daxil olmaqla 84 müəssisə fəaliyyət göstərir.

 

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Biznes həyatı” jurnalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, bu müəssisələr ticarət, mühəndislik, metal emalı, maliyyə, enerji, xidmət, ərzaq və yüngül sənaye kimi sahələrdə fəaliyyət göstərir: “Öz növbəsində, Azərbaycan ərazisində "Özbəkistan Hava Yolları " Milli Səhmdar Şirkətinin, Özbəkistanda "Ravon" markası altında geniş çeşidli sərnişin avtomobillərinin aparıcı istehsalçısı olan  “Uzavtoproma” səhmdar şirkətinin, o cümlədən yüksək keyfiyyətli və rəqabətə davamlı elektrotexnika məhsulları istehsal edən “Artel” şirkətinin  nümayəndəlikləri fəaliyyət göstərməkdədilər”.

 

Səfir bildirib ki, bununla yanaşı Özbəkistanın mövcud potensialını yalnız birgə müəssisələr və fəal şirkətlərin sayı barədə yuxarıda göstərilən məlumatlar əks etdirmir: “Bununla əlaqədar tərəfimizdən müxtəlif növ məhsulların buraxılmasına yönəldilmiş yeni birgə müəssisələrin yaradılması üzrə bir sıra işlər görülür, Azərbaycanda Özbəkistan Ticarət evinin açılması məsələsinə baxılır”.

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

O hesab edir ki, daha bir perspektivli istiqamət investisiya əməkdaşlığıdır: “Bu fürsətdən istifadə edərək, qeyd etmək istəyirəm ki, bu gün Özbəkistanda  prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında ölkəmizdə öz layihələrinin həyata keçirilməsində maraqlı olan xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılmasına xüsusi diqqət yetirilir. Müasir mərhələdə Özbəkistanda investisiya və biznesin açılması üçün ən əlverişli şərait yaradılmışdır, burada nəinki iqtisadi sahənin liberallaşdırılması üzrə atılan addımlar, həm də özbək xalqının peşəkarlığı və əməksevərliyi də nəzərdə tutulub. Bu baxımdan müasir iqtisadiyyatın təməli hesab olunan azad iqtisadi zonaların sayının artması, 45 sənaye zonalarının yaradılmasının qeyd edilməsi mühümdür. Onların ərazisində investorlar üçün ən əlverişli güzəştli şəraitlər yaradılmışdır və yerli - xarici bazarlarda tələb olunan tekstil, kimya, tikinti, mebel, qida, elektrik və digər məhsulların istehsalına başlanılıb.

 

O həmçinin xüsusi qeyd edib ki, azad iqtisadi zonalar iştirakçıları bir çox növ vergilərin ödənilməsindən, həmçinin onlar tərəfindən edilən sərmayələrin həcmindən asılı olaraq gömrük ödənişlərindən 10 ildən 3 ilədək müddətə azad olunurlar: “Bununla yanaşı azad iqtisadi zonaların iştirakçısı olan müəssisələrin mühəndis kommunikasiyalara təminatlı qoşulması təmin olunur. Əminəm ki, Özbəkistanda yaradılan şərait Özbəkistan tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlı olan Azərbaycanın işgüzar dairələrinin diqqətini cəlb edəcək”.

 

© APA

15.05.2018 06:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ